Ağ Evdə danışıqlar və Donald Trampın Vladimir Putinlə telefon zəngi. Ukraynada müharibənin başa çatması üçün hansı güzəştlər lazım olacaq və Vaşinqtonda Ukrayna, ABŞ və Avropa liderlərinin görüşü hansı nəticələrlə yekunlaşdı.
Tramp Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri vəd edir və bildirir ki, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkili prosesinə başlayıb. Lakin nə təhlükəsizlik zəmanətlərinin konkret detalları, nə də üçtərəfli görüşün ehtimal olunan tarixi hələ dəqiq deyil.
Kreml cavabı ləngidir. Zelenski isə bildirir ki, ərazilərlə bağlı məsələni yalnız Putinlə müzakirə edəcək. Amerika müharibənin başa çatması üçün hər iki tərəfi güzəştə getməyə çağırır. Avropa liderləri isə Rusiyanın müharibəni dayandırmaq üçün hazır olduğunu göstərmədiyi halda sanksiyaların sərtləşdirilməsini tələb edirlər.
Keti Çoxeli – Ağ Evdə keçirilən danışıqların detalları ilə.