“Tramp yolu” layihəsinin hazırlanması məqsədilə ABŞ nümayəndə heyəti Ermənistana səfər edib
“Tramp yolu” layihəsinin hazırlanması məqsədilə ABŞ nümayəndə heyəti Ermənistana səfər edib

“Tramp yolu” layihəsinin hazırlanması üçün ABŞ nümayəndə heyəti Ermənistana gəlib.

Erməni mediasının məlumatına görə, Ermənistana ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndə heyəti səfər edib.

Səfər ABŞ Dövlət Departamentinin Qlobal Tərəfdaşlıq Fondu adından həyata keçirilir və məqsəd “Tramp yolu” layihəsi üzrə hazırlıq tədqiqatlarının aparılmasıdır.

ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına əsasən, işlər layihənin texniki-iqtisadi əsaslandırmasının öyrənilməsini, dəmir yolu və digər infrastrukturun tikintisi ilə bağlı təkliflərin hazırlanmasını əhatə edir. Bu isə Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verməyi hədəfləyir.