Tramp Təşkilatının icraçı vitse-prezidenti Lorens Qlik – Biz Gürcüstanda lüks brendin nümayəndələri olacağıq, biz daxil olduqda, bir çox başqa təşkilat və brend də daxil olacaq
Bizim dünyada 30 layihəmiz var və bizi belə xoşniyyətlə qarşılayan, belə səmimi salamlayan insanları heç vaxt görməmişəm – bu barədə Tramp Təşkilatının icraçı vitse-prezidenti Lorens Qlik Tbilisidə, “Trump Tower”ın rəsmi beynəlxalq tədbirində bildirib.
Onun sözlərinə əsasən, Gürcüstana “Trump Tower”ın daxil olmasının ardınca digər böyük brendlər də gələcək.
“Əla qarşılama idi. Biz belə lüks brendlə daxil olduqda və Gürcüstanda belə qülləmiz olduqda, bir çox başqa təşkilat və başqa brend də daxil olacaq. İlk növbədə, cənab baş nazirə, həmçinin komanda üzvlərinə dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab İliaya, cənab Zazaya və müxtəlif şirkətlərin təsisçilərinə.
Bütün bu insanlar həqiqətən də bizə sözlə ifadə edilməz dəstək göstərdilər. Biz lüks brendin nümayəndələri olacağıq və burada məhz əvvəllər olmayan işi görəcəyik” – o, bildirib.
Onun sözlərinə əsasən, tədbirə məsafədən Erik Tramp da qoşulacaq.