"Tramp marşrutu" ilə əlaqəli məsələləri müzakirə edəcək ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonas Gürcüstanda səfərdədir
"Tramp marşrutu" ilə əlaqəli məsələləri müzakirə edəcək ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonas Gürcüstanda səfərdədir

 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonas Gürcüstanda səfərdədir.

Qeyd olunan məlumatı ABŞ-nin Gürcüstandakı səfirliyi yayır.

“ABŞ Dövlət Departamentinin nümayəndəsi (baş müşavir) Conatan Askonasa Gürcüstanda ev sahibliyi etməkdən məmnunuq. Onun səfərinin məqsədi Gürcüstanın “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu”nu (TRIPP) necə dəstəkləyə biləcəyini müzakirə etməkdir. Bu nəqliyyat marşrutu Ermənistan və Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə avqustun 8-də keçirilən sülh sammitinin nəticəsidir. Bu səhər doktor Askonas tikintisi və təchizatının böyük ölçüdə ABŞ-nin dəstəyi ilə mümkün olduğu gömrük buraxılış məntəqəsi – “Sadaxlo avtomobil”i ziyarət etdi. Səfər çərçivəsində o, həmçinin Gürcüstanın Xarici İşlər Nazirliyinin və Hökumət Administrasiyasının, eləcə də beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək” – ABŞ səfirliyinin məlumatında deyilir.