Tramp hesab edir ki, fırıldaqçı sorğular cinayət olmalıdır - "Amerika jurnalistikasının başına gələnlər təəssüf doğurur, sosioloji fırıldaqçılığın artıq davam etməməsi üçün əlimdən gələni edəcəyəm"
Tramp hesab edir ki, fırıldaqçı sorğular cinayət olmalıdır - "Amerika jurnalistikasının başına gələnlər təəssüf doğurur, sosioloji fırıldaqçılığın artıq davam etməməsi üçün əlimdən gələni edəcəyəm"

 

Saxta və fırıldaqçı sorğular cinayət məsuliyyəti daşıyan əməl olmalıdır – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ Prezidentinin sözlərinə əsasən, 2020-ci ilin seçkiləri zamanı Trampa qarşı olan və onun haqqında yazan bütün media orqanları qəsdən yalan sorğular göstəriblər. Trampın bəyanatına əsasən, bu media orqanları nə etdiklərini bilirdilər və seçkilərə təsir göstərməyə çalışırdılar, lakin o yenə də qalib gəlib.

“Əgər insanlar uğursuz “New York Times”, saxta “ABC”, saxta “NBC”, saxta “CBS”, aşağı reytinqli “CNN” və ya hazırda artıq ləğv edilmiş “MSDNC”i araşdırsaydılar, sorğuların hamısı saxtalaşdırılmış idi və hətta yekun nəticələrə yaxın belə deyildi. Saxtalaşdırılmış sorğulara qarşı nəsə edilməlidir. “Fox News” və “Wall Street Journal”ın sorğuları belə illər boyunca dəhşətli idi! Seçkiləri düzgün proqnozlaşdıran əla sorğu agentləri var, lakin media onlardan hansısa bir şəkildə istifadə etmək istəmir. Amerika jurnalistikasının başına gələnlər təəssüf doğurur, lakin bu sorğu fırıldaqçılığının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm!” – Donald Tramp bildirib.