Tramp administrasiyası Ali Məhkəmədən hakimlərin federal agentliklərin tənzimləmələrini bütün ölkə üzrə ləğv etmək səlahiyyətini məhdudlaşdırmağı xahiş edir

18:12, 14.11.2026

 

Donald Tramp administrasiyası Ali Məhkəmədən hakimlərin federal agentliklərin tənzimləmələrini bütün ölkə üzrə ləğv etmək hüququnu məhdudlaşdırmağı xahiş edir. Bu barədə “Reuters” məlumat yayır.

Ötən il Ali Məhkəmə Tramp administrasiyasının müraciəti əsasında hakimlərə hakimiyyətin siyasətini bütün ölkə üzrə dayandıran sərəncamlar verməyi qadağan etmişdi.

Lakin hakimlər indi də federal agentliyin tənzimləməsini qanunsuz elan edə və tamamilə ləğv edə bilirlər.

“Reuters”in yazdığı kimi, indi Tramp bu hüquqa qarşı da mübarizə aparır.

Ədliyyə Departamenti Ali Məhkəməyə apellyasiya şikayəti təqdim edib. Administrasiya məhkəmə qərarının yalnız iddiaçılara şamil olunmasını tələb edir.

Oxşar