Trabzonda, polis idarəsinin ərazisinə ehtimal ki, dron düşüb

20:57, 19.08.2026

 

Trabzonda, polis idarəsinin ərazisinə ehtimal ki, dron düşüb. Bu barədə məlumatı Türkiyə mediası yayır.

Obyekt Qara dəniz sahilində yerləşən Arsin rayonunun polis idarəsinin həyətinə düşüb. Həyətdə saxlanılan avtomobillərə ziyan dəyib, həmçinin polis binasının və yaxınlıqdakı müəssisələrin şüşələri sınıb. Dronun düşmə anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, kriminalistlər və minaaxtaranlar isə qəlpələri tədqiq ediblər.

Hadisə yerinə gələn Trabzonun qubernatoru Tahir Şahin ilkin qiymətləndirmələrə görə, düşən obyektin pilotsuz uçuş aparatı olduğunu, lakin dəqiq mənşəyinin hələ müəyyən edilmədiyini bildirib. Şahin baş verənlərlə bağlı istintaq başladıldığını bildirib. Hazırkı mərhələdə obyektin haradan peyda olduğu və niyə düşdüyü məlum deyil.

Hadisədən əvvəl Türkiyənin Qara dəniz sahili boyunca dronlarla bağlı bir sıra həyəcan siqnalları verilmişdi. Medianın yazdığı kimi, hazırkı mərhələdə Trabzonda tapılan obyektin Rusiya-Ukrayna müharibəsi ilə hər hansı əlaqəsinin olmasına dair heç bir sübut yoxdur.

Oxşar