Gürcüstana yaxın günlərdə Avropa İttifqanın xüsusi nümayəndəsi, Toyvo Klaar gələcək. Bu barədə Avropa İttifaqının Federika Moqerini və Xarici İşlər naziri, David Zalkalianinin telefon söhbəti barəsində yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, Avropa İttifaqı Gürcüstanda durumun sabitlədirilməsi və münaqişələrin tənzimlənmsi cəhdlərində fəal qoşulmuş olacaq, həmçinin Avropa İttifaqının xüsusi nümayəndəsi, Toyvo Klaar yaxın günlərdə Gürcüstana gələcək.
Federika Moqerini gürcü diplomatı ilə Ququtiantkaridə borderləşdirmə məsələsini müzakirə etdi.
“Tikanlı məftillərin ucaldılması yerli əhalinin azad hərəkət etməsinə əngəllər törədir. Avropa Komissiyanın ali nümayəndəsi qeyd etdi ki, bənzər hərəkətlər dönmədən dayandırılmalıdır”, – bəyanatda deyilir.
Telefon söhbəti zamanı Federika Moqerini Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı Avropa İttifaqının dəstəyini təsdiq etdi.