Toy, yas və bənzər tədbirlər üçün qida obyektləri 10 min lari ilə cərimələnəcəklər, təkrar təqdirində obyekt möhürlənəcək
Toy, yas və bənzər tədbirlərin keçirilməsinə nəzarət sərtləşdirilir.
İdarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qərargahın rəhbəri, Giorgi Ğibradzenin bəyan etdiyinə görə, bənzər tədbirlər üçün qida obyektləri 10 min lari ilə cərimələnəcəklər, təkrar təqdirində obyekt möhürlənəcək.
“Qida obyektlərinin işləri saat 00:00-dan saat 05:00-a qədər məhdudlaşdırlıbdır, bunun da icrasına dövlət sərt nəzarət edəcək. Bundan başqa, məlum olduğu kimi, hökumətin qərarı ilə toy, yas, yubiley və bənzər tədbirlər qadağandır. Bənzər tədbirlərin keçirilməsi üçün qida obyektləri 10 min lari ilə cərimələnəcəklər, təkrar təqdirində obyekt möhürlənəcək”, – Ğibradze bəyan etdi.