Toy, yas, banket və başqa sosial tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır
Toy, yas, banket və başqa sosial tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır

İdarələrarası koordinasiya şurası yanında mövcud olan operativ qərargahın rəhbəri, Giorgi Ğibradzenin hökumət administrasiyasında keçirilən birifinqdə bəyan etdiyinə görə, toy, yas, banket və başqa sosial tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.

Elə onun dediyinə görə, iyunun birindən qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər tamamilə aradan qaldırılır.

“Sizin üşün məlum olduğu kimi, ötən həftə koordinasiya şurası iclasında qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətləri yüngülləşdirmək barəsindəqərar qəbul etdik. Daha dəqiq olaraq, Gürcüstan miqyası ilə bütün qida obyektlərinin imkanı var ki, şənbə-bazar günləri müştəriləri yalnız açıq məkanlarda qəbul etsinlər. Koordinasiya şurasının bu günki qərarı ilə, iyunun birindən qida obyektlərinə şənbə-bazar günləri olan məhdudiyyətlər tamamilə aradan qaldırılır. Bu deməkdir ki, onların imkanı olacaq ki, müştəriləri qapalı məkanlarda da qəbul etsinlər”, – Ğibradze bəyan etdi.