Torpağın sistemli pulsuz qeydiyyatı 2025-ci ilin sonuna qədər davam edəcək
Torpağın sistemli pulsuz qeydiyyatı 2025-ci ilin sonuna qədər davam edəcək

 
Torpağın sistemli qeydiyyatını davam etdirmək haqda qərar qəbul etdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Hökumət başçısı bildirib ki, torpağı hələ də qeydiyyatdan keçirməyi çatdıra bilməyən vətəndaşlar var və onların 2025-ci ilin sonuna qədər özlərinə məxsus torpaq sahələrini tam şəkildə pulsuz qeydiyyatdan keçirmək imkanı olacaq.

“Torpağın sistemli qeydiyyatı həyata keçirilən mühüm islahatlardan biridir. Artıq əldə etdiyimiz çox mühüm nəticələrə görə Ədliyyə Nazirliyinə təşəkkürlər. Bildiyiniz kimi, bu islahat çərçivəsində 1,5 milyon torpaq sahəsi ölçüldü və 1 milyonu qeydiyyatdan keçirildi, müvafiq olaraq bir milyondan çox insan sahibi oldu. Gündəlik olaraq 3500-dən 4000-ə qədər torpaq sahəsi ölçülür və qeydiyyata alınırdı. Təsəvvür edə bilərik ki, bu istiqamətdə nə qədər böyük işlər görülüb. Bu, sona çatdırılmalı olan çox mühüm təşəbbüsdür. Müvafiq olaraq, torpağın sistemli qeydiyyatını davam etdirmək haqda qərar qəbul etdik. Torpağı hələ də qeydiyyatdan keçirməyi çatdıra bilməyən vətəndaşlar var və onların 2025-ci ilin sonuna qədər özlərinə məxsus torpaq sahələrini tam şəkildə pulsuz qeydiyyatdan keçirmək imkanı olacaq. Bu çox mühüm təşəbbüsə görə bir daha ədliyyə nazirinə təşəkkürlər” – baş nazir qeyd edib.