Tornike Rijvadze - epid-durum baxımından çağırışlar artır, buna da aksiyalar imkanlar yaradır, insanlar simptomlarla aksiyalara gəzirlər
Acara hökumətinin sədri, Tornike Rijvadze bəyan edir ki, Acarada epidemioloji vəziyyətin sabitləşməsi dinamikası qeydə alınırdı, halbuki çağırışlar yenə artır, buna da son zamanlar keçirilən aksiyalar imkanlar yaradır.
Rijvadzenin açıqlamasına görə, bəzi insanlar simptomlarla aksiyalara gəzirlər.
“Acarada epidemioloji vəziyyətin sabitləşməsi dinamikası qeydə alınırdı, halbuki çağırışlar yenə artır, buna da son zamanlar keçirilən aksiyalar imkanlar yaradır. Birbaşa deyə bilərəm ki, bəzi insanlar simptomlarla aksiyalara gəzirlər.
Buna görə, sözsüz ki, həkimlərimizin, o cümlədən tibbi infrastuktur və səhiyyə bölməsinin dah artıq çağırışları var. Halbuki biz, növbəti müddət ərzində, epid-durumu buna qədər idarə etdiyimiz kimi idarə etməyi planlaşdırırıq. Bu gün çarpayı fondumuz artıdı və müvafiq olaraq, bütün vətəndaşların necə evdə, eləcə də stasionarda müalicəyə imkanları olacaq”, – Rijvadze bəyan etdi.