Tornike Rijvadze – bu il turizm sektorunda prioritet daxili turizm olacaq

16:38, 04.05.2020

Açara hökümətinin sədri Tornike Rijvadze bəyan edir ki, pandemiyadan irəli gələrək bu il turizm sektorunda prioritet daxili turizm olacaq.

Açara hökümətinin sədri həm özəl şirkətlərə, həm də dövlət təşkilatlarına müraciət edir ki, fəaliyyətlərini yeni prinsipə uyğunlaşdırsınlar.

“Daxili turizm prioriteti təşkil edəcək. Əhəmiyyətlidir ki, həm dövlət idarələri, onlar arasında Açara Turizm Departamendi, həmçinin servislər və məhsulların inkişafı istiqamətində işləyən bütün dövlət idarələri, yeni çağırışa uyğunlaşsınlar”, – deyə Tornike Rijvadze bəyan etdi.

 

 

Oxşar