Tornike Rijvadze avqust müharibəsində həlak olanların memorialını gül-çiçək dəstələri ilə bəzədi

13:01, 08.08.2021

Acara hökumətinin sədri, Tornike Rijvadze avqust müharibəsində həlak olanların memorialını gül-çiçək dəstələri ilə bəzədi.

“Bütün həıak olan qəhrəman əsgər, mülki şəxs və onların ailələri qarşısında baş əyirəm. Ən yeni tariximizdə ağır gündür. Ölkəmiz bu gün də işöal altındadır. Azadlıq üçün mübarizə davam edir və bu mübarizə mütləq qələbə ilə başa çatacaq”, – Rijvadze bəyan etdi.

Tədbirdə Acaradan müharibədə həlak olanların ailə üzvləri, Acara hökuməti üzvləri, Ali Şura deputatları, Batumi Meriyası rəhbər şəxsləri iştirak edirdilər. Dövlət himni yerinıə yetirildi.

Rusiya-Gürcüstan müharibəsinin 13-cü ildönümü ilə bağlı dövlət bayraqları bütün ölkə mkiqyası ilə endirildi.

Oxşar