Tornike Rijvadze Acara Muxtar Respublikasının Hökumət Sədrliyindən istefa verdi
Tornike Rijvadze Acara Muxtar Respublikasının Hökumət Sədrliyindən istefa verdi

Tornike Rijvadze Acara Muxtar Respublikasının hökumət sədri vəzifəsindən istefa verib.

Bu barədə Rijvadze sosial şəbəkələrdə paylaşım edib:

“Acara Muxtar Respublikasının hökumət sədri vəzifəsindən istefa vermək qərarını qəbul etmişəm. Artıq yeddinci ildir ki, bu vəzifəni yerinə yetirirəm. Dəyişiklik vaxtıdır və gələcək hökumət sədrinə uğurlar arzulayıram. ‘Gürcü Arzusu’ partiyasının qurucusu cənab Bidzina İvanişviliyə doğma bölgəmə xidmət etmək imkanını verdiyi üçün təşəkkür edirəm. Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidze, Gürcüstanın Prezidenti cənab Mixeil Kavelashvili vəzifədə olduğum dövrdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Həmçinin hər bir əməkdaşa, partiya üzvlərinə, komandama təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm isə Acara əhalisinə göstərdikləri etimada görədir. ‘Gürcü Arzusu’nun sadiq əsgəri olaraq qalıram və əminəm ki, hələ çox böyük qələbələr qarşıdadır,” – deyə Rijvadze yazır.