Toni Bler - Ukraynadakı müharibə göstərdi ki, Çinin yüksəlişi fonunda Qərbin dominasiyası sona çatır
Böyük Britaniyanın keçmiş baş naziri, Toni Blerin bəyanatına görə, Ukraynadakı müharibə göstərdi ki, Çinin yüksəlişi fonunda Qərbin dominasiyası sona çatır.
“Reuters” agentliyinin məlumatına görə, Bler bu barədə Londonda keçirilən maarifləndirmə forumunda çıxışı zamanı bəyan etdi.
“Biz Qərbin siyasi və iqtisadi hökmranlığının sonuna yaxınlaşırıq. Dünya ən azı ikiqütblü və bəlkə də çoxqütblü olacaq. Ən böyük geosiyasi dəyişikliklər Rusiyadan yox, Çindən gələcək”, – Bler qeyd etdi.
Onun dediyinə görə, dünya İkinci Dünya Müharibəsinin sonu və ya Sovet İttifaqının dağılması kimi bir dönüş nöqtəsindədir, lakin bu dəfə Qərbin müvafiq təsirin olmadığı aydındır. Blerin sözlərinə görə, Ukraynadakı müharibə göstərdi ki, Qərb Çinə arxalana bilməz, onun davranışı Qərbin düşündüyü qədər rasional olmayacaq.
Toni Bler hesab edir ki, Çin Sovet İttifaqı deyil və Çinin super dövlət kimi inkişafı təbii və haqlıdır. Onun sözlərinə görə, Qərb Çinin hərbi cəhətdən irəliləməsinə imkan verməməlidir.
“Biz hərbi xərcləri artırmalı və hərbi üstünlüyü qorumalıyıq. ABŞ və müttəfiqləri hər hansı bir münaqişə vəziyyətində bütün tərəflərdə kifayət qədər üstünlüyə malik olmalıdırlar”, – Bler bəyan etdi.