Tokiyoda ötən gecə ərzində koronavirusun 206 yeni halı aşkar edildi
Yaponiyanın paytaxtında ötən gecə ərzində koronavirusun 206 yeni halı aşkar edildi.
Məlumatı “Qardian” yerli mediaya istinad edərək yayır.
Artıq dördüncü gündür ki, Tokiyoda virusun yeni hallarının sayı 200-dən artıqdır.
Virusun yayılmasından bu günə qədər, Yaponiyada koronavirusun 21 129 halı aşkar edilib, 982 insan vəfat edib.