Tokio yaxınlığında, Çiba prefekturasında güclü yağışlar nəticəsində azı 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb
Yaponiyanın şərqində, paytaxt Tokio yaxınlığındakı Çiba prefekturasında güclü yağışlar nəticəsində azı 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Medianın məlumatına görə, hakimiyyətin “misli görünməmiş” adlandırdığı güclü yağışlar nəticəsində 20 mindən çox ailənin elektrik enerjisi kəsilib, təxminən 7 min sərnişin isə gecəni Tokionun Narita hava limanında keçirməli olub.
Yerli hakimiyyət Çiba prefekturasında 5-ci səviyyəli fövqəladə xəbərdarlıq elan edib. Bu, təhlükə xəbərdarlığının ən yüksək səviyyəsidir.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yağışların cümə günü günün sonunadək davam edəcəyi gözlənilir.