Tokio 2020 - Fransa prezidenti Luka Mxeidzeni medalını təbrik edir - seçdiyin ölkə sənilə fəxr edir
Dzyudoçu Luka Mxeidze Tokio Olimpiya Oyunlarında Fransaya ilk medal (bürünc) gətirdi.
Mxeidze 60 kq çəki kateqoriyasında bürünc medal üçün mübarizədə Cənubi Koreyalı Cin Von Kimi məğlubiyyətə uğratdı.
Fransa prezidenti, Emmanuel Makron Luka Mxeidzenin uğuruna “tvitter” sosial şəbəkəsində əks səda verdi:
“Olimpiya Oyunları möhtəşəm insani tarixlər yaradır. 2015-ci ildə Fransa vətəndaşı olan, Gürcüstanda anadan olan Luka Mxeidze, ölkəmizə Tokioda ilk medal gətirdi. Seçdiyi ölkə onunla fəxr edir”, – Emmanuel Makron yazır.