Tkibulidə Mindeli mədən işçiləri altı gündür tətil edirlər
Tkibulidə Mindeli mədən işçiləri altı gündür tətil edirlər. Şirkət rəhbərliyindən əmək haqqının 300 lari artırılmasını tələb edirlər.
Şirkətin mövqeyi məlumdur – sabit əmək haqqının artırılması üçün bir plan yoxdur və yalnız bonus və premiya şəklində işçilərin maaşını artırılacaq. Bu vəziyyət mədənçilər üçün qəbuledilməzdir. Tələbləri yerinə yetirilənə qədər iş prosesinə qayıtmayacaqlar. Etirazçılar bələdiyyə qubernatorunun və majoritar millət vəkilinin danışıqlar prosesinə cəlb olunmasını tələb edirlər.
Bu gün saat 12: 00-da Tkibuli Bələdiyyəsi Qamqeoba binasının qarşısında mədənçilərdən başqa yerli əhalinin də iştirak edəcəyi bir aksiya planlaşdırılır.
Tkibuli bələdiyyəsinin meri danışıqlar prosesində iştirak etdi. Temur Çubinidzenin Gürcüstan Birinci Kanalına verdiyi məlumata görə, Saknaxşiri Şirkətinin İdarə Heyətinin sədri Mixail Sotski ilə görüşəcək və görüşdən sonra bələdiyyə millət vəkili ilə əlaqə quracaq.