Tkibuli mədənində baş verən qəzada bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb
Əldə olan məlumata görə, Tkibuli mədənində partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Gürcüstanın Birinci Kanalına Tkibuli mədənlərinin idarəedici şirkətindən verilən məlumata görə, mədəndə insident baş verib, hadisənin təfərrüatları şirkətin əməyin mühafizəsi xidmətinin nümayəndələri tərəfindən yerində öyrənilir.
Onların sözlərinə görə, qəza nəticəsində bir nəfər həlak olub, beş-altı nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
“İnsident olub və nə baş verdiyini araşdırırlar. Nə baş verdiyini hələ dəqiq bilmirik. Hələ dəqiqləşdirilməyib, lakin mənim bildiyimə görə, 5-6 nəfər yaralanıb. Bir adam xüsusilə ağır zərbə aldı. Təəssüf ki, həlak oldu. Qalanları yüngüldür. Hamı ilkin tibbi yardım üçün xəstəxanaya aparılıb. Ehtimallı səbəblər haqqında hələ heç nə deyə bilmərəm. Şirkətimizin təhlükəsizlik xidmətinin nümayəndələri araşdırma aparır”, – Saknaxşirinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qvantsa Delibadze bildirib.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə araşdırma başlayıb.