Tite Aroşidzeni Batuminin Şota Rustaveli Dövlət Universitetinin rektoru seçiblər

17:41, 21.01.2025

 
Tite Aroşidzeni Batuminin Şota Rustaveli Dövlət Universitetinin rektoru seçiblər. Aroşidze 11 nəfərlik elmi şuradan 10 səs alıb, bir səs isə etibarsız sayılıb.

Tite Aroşidze Batuminin Şota Rustaveli Dövlət Universitetinə 4 il rəhbərlik edəcək.

Məlumat üçün bildirək ki, Batuminin Şota Rustaveli Dövlət Universitetinin rektoru vəzifəsi uğrunda seçkilərdə iki namizəd iştirak edirdi: “Gürcü Arzusu”nun Ali Şurasının deputatı Tite Aroşidze və biologiya üzrə doktor, “Flora və Fauna” qeyri-hökumət təşkilatının təsisçisi Arçil Quçmanidze.

Batuminin Şota Rustaveli Dövlət Universitetində rektor seçkiləri etiraz fonunda keçirilirdi.

Oxşar