Tiranada polis və aksiya iştirakçıları arasında qarşıdurma nəticəsinə bir neçə əfər xəsarət aldı
Tiranada polis və aksiya iştirakçıları arasında qarşıdurma nəticəsinə bir neçə əfər xəsarət aldı

Tiranada, Albaniya parlamenti binası önündə polis və aksiya iştirakçıları arasında qarşıdurma nəticəsinə bir neçə əfər xəsarət aldı. Reuters agentliyinin məlumatına görə, müxalifət baş prokuror vəzifəsinə Arta Markusun təyin edilməsinə etiraz edir.

Albaniya parlamenti binası qarşısında keçirilən nümayişdə 3 mində artıq insan iştirak edirdi. Aksiya iştirakçıları əllərində Aİ və ABŞ bayraqlarını tutdular. Toqquşma binaya soxulmaq cəhdindən sonra başladı.

 

Müxalif deputatlar parlament iclasına gözyaşardıcı qaz qumbaraları atdılar. Lakin bu baş prokurorun namizədliyinin səsə qoyulmasının təxirə salınmasına səbəb ola bilmədi. Onun namizədliyi 69 səslə təsdiq olundu. Müxalifət boykot elan etdi.

Əsas müxalif  Demokratik Partiyasının lideri bəyan edir ki, yanvarın əvvələrinəd kütləvi etiraz aksiyasını keçirəcək.