Tinatin Ruxadze Yunanıstana işgüzar səfəri çərçivəsində Afinanın meri Haris Dukas ilə görüşüb
Tinatin Ruxadze Yunanıstana işgüzar səfəri çərçivəsində Afinanın meri Haris Dukas ilə görüşüb

 

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Yunanıstan Respublikasına işgüzar səfəri çərçivəsində Afinanın meri Haris Dukas ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında çoxəsrlik əlaqələrdən danışıblar və mədəniyyət sahəsində münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ədəbiyyat və teatr sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət ayrılıb.

Tərəflər birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər; həmçinin muzey sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Tbilisi və Afinanın dostlaşma perspektivinə toxunulub.

“Afinanın meri və onun komandasına səmimi ev sahibliyinə görə təşəkkür edirəm. Yunanıstanda gürcü mədəniyyətinə xüsusi münasibətləri var. Mədəniyyət sahəsində gələcək əməkdaşlıq barədə danışdıq və düşünürəm ki, tezliklə bir çox maraqlı layihələr həyata keçirəcəyik” – Tinatin Ruxadze bildirib.

Görüşdə Gürcüstanın Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəisi Zurab Bakuradze, Gürcüstanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Beridze və Afina Meriyasının Mədəniyyət, İdman və Gənclik Təşkilatının direktoru Roksani Bey iştirak edirdilər.

Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti yayır.