Tinatin Ruxadze və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar
Gürcüstan Baş naziri İrakli Kobaxidze və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən geniş formatlı görüş çərçivəsində Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar.
“Gürcüstan və Türkmənistan arasında mədəniyyət sahəsində əməkdaşlıqla bağlı bir neçə memorandum imzalanıb. Xüsusilə vacibdir ki, əməkdaşlıq həm təhsil müəssisələri, həm də teatrlar və muzeylər arasında daha da dərinləşəcək. Bu, mədəni mübadilə imkanları yaradacaq.
Türkmənistan Mədəniyyət Günləri bu əməkdaşlığın yaxşı nümunəsidir. Rustaveli Milli Teatrı tamaşaçılarla dolu idi, Mədəniyyət Günləri isə davam edir. Bu, iki ölkənin mədəniyyətlərini tanıtmaq üçün yaxşı imkandır”, – deyə Tinatin Ruxadze bildirib.
Gürcüstan hökumət administrasiyasında sənədlərin mübadiləsi mərasimində Gürcüstanın Baş naziri, Türkmənistan Prezidenti, Nazirlər Kabinetinin və nümayəndə heyətinin üzvləri iştirak ediblər.