Tinatin Ruxadze mədəniyyət naziri vəzifəsindən istefa verib

18:56, 28.07.2026

 

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.

Tinatin Ruxadzenin bəyanatında deyildiyi kimi, o, bu qərarı sağlamlıq vəziyyəti ilə əlaqədar qəbul edib.

“Baş nazirlə məsləhətləşmədən sonra mədəniyyət naziri vəzifəsindən istefa vermək qərarını qəbul etdim. Sağlamlıq vəziyyətimlə bağlı təcili müalicə kursu keçməli olacağam, bu səbəbdən nazir vəzifəsinin öhdəliklərini layiqincə yerinə yetirə bilməyəcəyəm. Mədəniyyət xüsusi qayğı və diqqət tələb edən sahədir. Təəssüf edirəm ki, sağlamlıq vəziyyətim çox sevdiyim və mənim üçün ən əziz olan bu işə lazımi diqqət ayırmağa imkan vermir.

Göstərdiyi etimada görə baş nazirə təşəkkür etmək istəyirəm. Hökumətin hər bir üzvünə dəstəyinə və həmrəyliyinə görə minnətdaram.

Təşəbbüslərimizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Mədəniyyət Nazirliyinin hər bir əməkdaşına yorulmaz zəhmətinə və sədaqətli xidmətinə görə xüsusi təşəkkürümü bildirirəm.

Sizin tərəfdarınız olaraq qalıram və sizə uğurlar arzulayıram” – Tinatin Ruxadzenin bəyanatında deyilir.

Oxşar