Tinatin Ruxadze Fransanın Lille şəhərində Avropa Şurasının “Audiovizual əsərlərin seriallar şəklində birgə istehsalı haqqında” Konvensiyasına imza atacaq
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Fransanın Lille şəhərində Avropa Şurasının “Audiovizual əsərlərin seriallar şəklində birgə istehsalı haqqında” Konvensiyasına imza atacaq.
Mədəniyyət Nazirliyinin məlumatına görə, gürcü prodüser şirkətləri xarici investisiyaları cəlb etmək, beynəlxalq yüksək büdcəli layihələrdə iştirak etmək, Avropa platformaları və telekanallarla əməkdaşlıq etmək imkanlarını daha çox əldə edəcəklər.
“Müəyyən edilmiş bu qərar Gürcüstanın Avropa yaradıcılıq məkanına inteqrasiyasını daha da gücləndirəcək və gürcü mədəniyyətinin dünyada təbliğinə kömək edəcək”, – deyə Gürcüstan Mədəniyyət Nazirliyinin məlumatında bildirilir.