Tinatin Ruxadze "Black Sea Arena"da konsert məkanlarına və "Empire Of The Sun" şousuna ev sahibliyi etmək üçün qurulmuş infrastruktura baxış keçirib
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze bu gün “Black Sea Arena”da olub, konsert məkanlarına və ərazidə qurulmuş infrastruktura baxış keçirib. Məlumatı nazirlik yayır.
Qurumun məlumatında qeyd olunduğu kimi, Gürcüstan “Empire Of The Sun” şousuna ev sahibliyi etməyə hazırdır.
Onların məlumatına əsasən, Avstraliyalı musiqi layihəsi “Empire of the Sun”ın konserti avqustun 27-də Gürcüstan hökumətinin dəstəklədiyi “Starring Georgia” layihəsi çərçivəsində “Black Sea Arena”nın həyətində yerləşən “Front Stage”də keçiriləcək.
“Mədəniyyət nazirinin qeyd etdiyi kimi, layihənin məqsədi ölkənin turizm potensialının artırılmasına dəstək vermək və beynəlxalq arenada Gürcüstanın populyarlaşdırılmasıdır. O bildirib ki, oxşar layihələr gürcü gənclərə sevdikləri ifaçıların konsertlərinə öz ölkələrində qatılmaq imkanı verir.
MMC “Starring Georgia”nın Müşahidə Şurasının sədri Amiran Canelidze və MMC “Starring Georgia”nın direktoru Tamar Çxaidze mədəniyyət naziri ilə birlikdə ərazidə olublar.
Nazir bu gün həmçinin “Musiqiçilər Parkı”, “Sosial Məkan”, “Gürcüstan Miniatürlərdə” unikal parkı və yenilənmiş “Tsitsinatela Park”ında olub.
Tinatin Ruxadze “Starring Georgia”nın yeni layihəsi – “Hekate bağı”nın tikinti işlərinin gedişi ilə də tanış olub” – nazirliyin məlumatında qeyd olunub.