Tinatin Berdzenişvili - qürurluyam ki, "Giorgi Ansuxelidze" filminin premyerası Gürcüstanın Birinci Kanalında oldu, qəhrəmanlarımızın kim olduğunu unutmamalıyıq və bilməliyik
Qürurluyam ki, “Giorgi Ansuxelidze” filminin premyerası Gürcüstanın Birinci Kanalında oldu, qəhrəmanlarımızın kim olduğunu unutmamalıyıq və bilməliyik, – bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Tinatin Berdzenişvili avqust qəhrəmanı, Giorgi Ansuxelidze barəsində çəkilən filmin premyerasından sonra bəyan etdi.
“Düşünürəm, filmin əhəmiyyəti filmin özüdür. Qəhrəmanlarımızın kim olduğunu unutmamalıyıq və bilməliyik. Qürurluyam ki, “Giorgi Ansuxelidze” filminin premyerası Gürcüstanın Birinci Kanalında oldu. Fəxr edirəm ki, hansısa forma ilə Giorgi Ansuxelidzenin adını və soyadını əbədiləşdirdik. Düşünürəm film hər şeyi deyir, nəyi də filmin rehissoru, yaradıcılıq qrupu və bu filmin yaradılmasından iştirak edən hamı demək istəyirdi”, – Tinatin Berdzenişvili bəyan etdi.
“Giorgi Ansuxeldze” sənədli filmin premyerası Gürcüstanın Birinci Kanalının efirində keçirildi. Film Gürcüstanın milli qəhrəmanı, beşinci piyada briqadaslnln 41-ci batalyonunun kapralı, Giorgi Ansuxelidzenin həyatı barəsindədir.
Fiziki cəhətdən güclü və ruhən sınmayan əsgəri 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsi zamanı, osetin separatçıları əsir götürdülər və işgəncə ilə öldürdülər, onun işgəncə video kadrlarını isə, internetlə yaydılar.
Filmdə Giorgi Ansuxelidzenin ailə üzvləri və dostları iştirak edirlər. Filmə milli qəhrəmanın sağ ikən çəkilən unikal, ekskleziv arxiv kadrları daxildir.