Tinatin Berdzenișvili Bütün ölkəni radionun doğum günü münasibətilə təbrik edirəm. Dinləyicilərə arzu edirəm ki, bizim radionun malik olduğu pozitiv enerji ilə köklənsinlər və intellektual, dərin məzmunlu verilişlərdən zövq alsınlar
Bu gün Gürcüstan Radiosunun 101 yaşı tamam oldu. Bütün ölkəni Gürcüstan Radiosunun yaranma günü münasibətilə təbrik edirəm və radio dinləyicilərinə arzu edirəm ki, bizim radionun malik olduğu pozitiv enerji ilə köklənsinlər, maraqlı, intellektual və dərin məzmunlu radio yayımlarından zövq alsınlar, — bunu Gürcüstan İctimai Yayım Televiziya və Radiosunun baş direktoru Tinatin Berdzenișvili bildirib.
Tinatin Berdzenișvili qeyd edib ki, Gürcüstan Radiosu bu gün də dinləyicilərin ən yüksək etimadını qoruyur və hər gün fərqli, maraqlı proqramlar təqdim edir.
“Biz ötən il radionun 100 illiyini qürurla qeyd etdik, çünki bu, yalnız radionun yaranma günü deyil, həm də ölkəmizdə ilk yayımın başlanğıcıdır. Daha da qürurvericidir ki, bizim radio bu yolu belə şərəflə keçib.
Bu gün də bizim radio dinləyicilərin ən yüksək etimadına malikdir. O, möhtəşəm musiqi ilə yanaşı, hər gün dinləyicilərə fərqli və maraqlı proqramlar təqdim edən yeganə tok-radiodur və Gürcüstanın bütün ərazisini 100 faiz əhatə edir.
Regionlarda bizim sadiq radio dinləyicilərimiz var və əgər radio siqnalımız hansısa yüksək dağlıq bölgəyə çatmırsa, onlar bizimlə əlaqə saxlayırlar və komandamız ölkənin hər bir nöqtəsinin tam şəkildə əhatə olunmasını təmin edir.
Bütün ölkəni Gürcüstan Radiosunun yaranma günü münasibətilə təbrik edirəm və radio dinləyicilərinə arzu edirəm ki, bizim radionun malik olduğu pozitiv enerji ilə köklənsinlər və maraqlı, intellektual, dərin məzmunlu radio yayımlarından zövq alsınlar”, — deyə Tinatin Berdzenișvili bildirib.