Tinatin Berdzenişvili - bizim üçün əsas odur ki, Ukrayna xalqına real olaraq kömək edə bilək, Ukrayna İctimai Yayımçısı ilə sıx əlaqələrimiz var, vətəndaşları düzgün məlumatlandırmaq üçün birlikdə işləyirik
Gürcüstanın Birinci Kanalı Gürcüstandakı Ukrayna vətəndaşlarına informasiya yardımımı təklif edir. Ukrayna vətəndaşları Gürcüstanın Birinci Kanalının qaynar xəttinə zəng edə bilərlər: (+995) 32 240 94 77.
“Bizim üçün əsas odur ki, Ukrayna xalqına real olaraq kömək edə bilək, Ukrayna İctimai Yayımçısı ilə sıx əlaqələrimiz var, vətəndaşları düzgün məlumatlandırmaq üçün birlikdə işləyirik”, – Bu barədə Gürcüstanın Birinci Kanalının baş direktoru, Tinatin Berdzenişvili bəyan etdi.
Gürcüstanın Birinci Kanalının bir neçə çəkiliş qrupu Ukrayna İctimai Yayımçısı ilə koordinasiya əsasında Ukraynanın hər üç platformasında (televiziya, radio, onlayn portal) işləyir və ən yeni, yoxlanılmış məlumatı tamaşaçıya çatdırır, bu isə, müharibə və saxta məlumat yaylması şəraitində çox önəmlidir.