Tina Bokuçava - Xəyalpərəst və təntənəli formatlarda bu qədər itiriləcək vaxt yoxdur
Tina Bokuçava - Xəyalpərəst və təntənəli formatlarda bu qədər itiriləcək vaxt yoxdur

 

Bu gün İvanişvili rejiminin dövləti ləğv edib bizi Rusiyaya təhvil verdiyi bir vaxtda xəyalpərəst və təntənəli formatlarda bu qədər itiriləcək vaxt yoxdur – bu barədə “Milli Hərəkat”ın sədri sosial şəbəkədə yazır.

O bildirib ki, “Milli Hərəkat” İvanişvili rejimini məğlub etmək üçün müxalifətin birgə işləməsini qarşısına məqsəd qoyan heç bir formatdan imtina etmir.

“Onun effektivliyi ilə bağlı gözləntilərimiz nə qədər aşağı olsa da. Bu gözlənti Salome Zurabişvilinin təşkil etdiyi bütün görüşlərdə “Milli Hərəkat”ın iştirak etdiyi ötən 5 aya əsaslanır, lakin vahid mövqelərin formalaşdırılması baxımından çox məhdud nəticə gördük. 2008-ci il müharibəsinin komissiyası, partiyaların qadağan edilməsi və yerli özünüidarəetmə seçkiləri kimi fundamental məsələlərə dair müxalifətdə vahid mövqelər yoxdur. Salome Zurabişvilinin yerli özünüidarəetmə seçkilərində iştirakın yolverilməzliyi ilə bağlı qəti mövqeyi var idi, lakin bu hissədə də Qaxarianın mövqeyini nəzərə alaraq, fikir dəyişdi. Biz məsələlər üzrə ehtiyaca uyğun olaraq (ad hoc əsasında) sözügedən formatla əməkdaşlıq edəcəyik. Siyasi məhbusların azad edilməsi və parlament seçkilərinin təyin edilməsinə qədər yerli özünüidarəetmə seçkilərində iştirakın yolverilməzliyi ilə bağlı söhbət olacaqmı? Aydındır ki, biz formata qoşulacağıq, lakin bu gün İvanişvili rejiminin dövləti ləğv edib bizi Rusiyaya təhvil verdiyi bir vaxtda xəyalpərəst və təntənəli formatlarda bu qədər itiriləcək vaxt yoxdur” – Bokuçava yazır.