Tina Bokuçava - Seçkilərdən əvvəl olduğu kimi, indi də hesab edirik ki, birliyin alternativi yoxdur
Tina Bokuçava - Seçkilərdən əvvəl olduğu kimi, indi də hesab edirik ki, birliyin alternativi yoxdur

 
“Birlik-Milli Hərəkat”ın sədri Tina Bokuçava bildirir ki, birliyin alternativi yoxdur.

Bokuçava deyib ki, “Milli Hərəkat” seçkilərdən əvvəl də bu mövqedə idi.

“Ola bilsin ictimaiyyətin yadındadır ki, hələ seçkilərdən əvvəl “Birlik – Milli Hərəkat”ın mövqeyi birliyi dəstəkləmək idi. Biz o vaxt da, indi də inanırdıq ki, parçalanmış cəbhə şəraitində Rusiyanı və İvanişvili timsalında rus rejimini məğlub etmək çox çətindir. 12 ildir bu mübarizədəyik. Müvafiq olaraq, biz hamımız bilirik ki, ölkənin rəqibi, dövlətçiliyimizin və xalqımızın düşməni olan Bidzina İvanişvili kimdir. Əlbəttə, indi də seçkilərdən əvvəl olduğu kimi, hesab edirik ki, birliyin alternativi yoxdur” – Tina Bokuçava bildirib.

Məlumat üçün bildirək ki, “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze sosial şəbəkədə yazıb: “Ölkəni xilas etməyin yolu üç komponentdən – siyasi partiyaların birləşməsi və əməkdaşlığı, cəmiyyət və prezident Salome Zurabişvilidən ibarət birlikdir”.