Tina Bokuçava - Mənim üçün Batumidə gördüklərimiz etirazın ən yaxşı forması deyil, halbuki onun mənası və insanlarda olan qəzəbi tamamilə başa düşürəm
Mənim üçün, sıravi bir vətəndaş üçün, Batumidə gördüklərimiz etirazın ən yaxşı forması deyil, halbuki onun mənası və insanlarda olan qəzəbi tamamilə başa düşürəm, çünki onlardan ən qiymətli, seçki azadlığını və azad seçkilər nəticəsində hakimiyyətin dəyişikliyini oğurladılar, – bu barədə “Milli Hərəkat” partiyasının üzvü, ATina Bokuçava Acara Ali Şura deputatına qarşı dünən həyata keçirilən insident barəsində bəyan etdi.
“Bu insanların seçkilərini Bidzina İvanişvili oğurladı və ictimaiyyətin tənqidinin əsas aksenti və fokusu ölkəmizin və icitmaiyyətimizin durduğu böyük problemə olmalıdır. İstintaqın başlamasına gəldikdə, həmişə olduğu kimi bu, seçilmiş ədalətdir. Qiqa Makaraşvilini xatırlayırsınız, ona qarşı da bu cür akt həyata keçirildi. Səhv etmirəmsə Qoridə, dövlət işçilərindən biri ona qarşı bənzər hərəkət etdi, sözsüz ki, dövlət işçisinə qarşı heç bir hüquqi proses başlamayıb. Çünki “Gürcü Arzusu” həmişə öz nomeklatura və dövlət işçilərini ört-basdır edir”, – Bokuçava bəyan etdi.
Batumidə, dünən etiraz aksiyasında “Milli Hərəkatın” üzvləri Acara Ali Şurasının deputatı, İrakli Çavleişvilinin başına zibil qutusundan tullantılar atdılar.