Tina Bokuçava bəyan edir ki, Gürcüstanın Birinci Kanalının ləğvi məsələsi üzrə hakimiyyətin dəyişməsindən sonra müzakirə edəcəklər
Tina Bokuçava bəyan edir ki, Gürcüstanın Birinci Kanalının ləğvi məsələsi üzrə hakimiyyətin dəyişməsindən sonra müzakirə edəcəklər

Hakimiyyət dəyişdikdən sonra, İctimai Yayımçının ləğvi məsələsi üzrə müxalifət birgə müzakirə aparacaq, – bu barədə “Milli Hərəkatın” üzvü, Tina Bokuçava bəyan etdi.

Tina Bokuçavanın qeyd etdiyinə görə, xalq öz cibindən televiziyanı maliyyəşdirdikdə, müstəqil televiziyanı görmək istəyir.

“İnsanların vergiləri məbləğindən maliyyəşdirilən İctimai Yayımçı barəsində fikir ayrılığı mövcuddur. Təəssüflər olsun ki, bir neçə il ərzində onun reytinqi daimə aşağı düşür. Məncə bu bir başa onunla bağlıdır ki, televiziyanın redaksiya müstəqilliyi yoxudur.

Hakimiyyət dəyişdikdən sonra, İctimai Yayımçının ləğvi məsələsi üzrə müxalifət birgə müzakirə aparacaq. Bizim əsas məqsədimizdir ki, bu kanal müstəqil olsun. Müstəqil redaksiya siyasəti jurnalistlərin müstəqil olmasını nəzərdə tutur”, – Bokuçava bəyan etdi.