Tina Bokuçava Mamuka Xazaradzenin Saakaşvili ilə bağlı bəyanatını ədalətsiz adlandırır və müxalifətdə çatların yaranmasının İvanişvilinin əsas vəzifəsi olduğunu bildirir
Tina Bokuçava Mamuka Xazaradzenin Saakaşvili ilə bağlı bəyanatını ədalətsiz adlandırır və müxalifətdə çatların yaranmasının İvanişvilinin əsas vəzifəsi olduğunu bildirir

 
“Birlik-Milli Hərəkat”ın lideri Tina Bokuçava “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin sabiq prezident Mixeil Saakaşvili ilə bağlı bəyanatını ədalətsiz adlandırır və müxalifətdə çatların yaranmasının İvanişvilinin əsas vəzifəsi olduğunu bildirir.

Bokuçava qeyd edib ki, Mixeil Saakaşvili qəsb edilmiş seçkiləri Bidzina İvanişviliyə rəsmiləşdirən məhkəmə tərəfindən əsir götürülüb.

“Bidzina İvanişviliyə qəsb edilmiş seçkiləri rəsmiləşdirən, beşinci prezidentin impiçmentini təşkil etmiş və bir sıra müxalif siyasi liderlərə siyasi hökmlər oxuyan məhz bu məhkəmə tərəfindən Saakaşvili əsir götürülərkən, prezident Saakaşvilidən məhbus Saakaşvili kimi və onun məhkəmədə çıxış etmək hüququndan isə imtiyaz kimi bəhs edilməsini böyük ədalətsizlik hesab edirəm.

Müxalifətdə çatlar yaranması bu gün İvanişvilinin əsas vəzifəsidir, çünki o bilir ki, vahid müxalifət şəraitində qəsb edilmiş seçkilər nə ölkə daxilində, nə də xaricdə legitimlik qazanacaq. Məhz buna görə, ən çox bu birliyin qayğısına qalmağımız İvanişvilinin seçimini oğurladığı və bizdən vahid qüvvələrlə qələbəni qaytarmağımızı gözləyən Gürcüstan vətəndaşları qarşısında borcumuzdur” – Bokuçava sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Mamuka Xazaradze magistr ( rayon və ya şəhər məhkəməsinin hakimi) hakimin iştirakı ilə ifadə verdikdən sonra bildirdi: “Saakaşvilinin bütün mövzular haqda saat yarım danışmaq imkanı var və sən demə, mənim məhkəmədə ölkəni narahat edən mövzular haqda danışmaq hüququm yoxdur”.