Tina Bokuçava - Etimada görə prezident Saakaşviliyə təşəkkür edirəm, prezidentin bu cür dəstəyi məni və bütün partiyanı gücləndirir
Etimada görə prezident Saakaşviliyə təşəkkür edirəm, prezidentin bu cür dəstəyi məni və bütün partiyanı gücləndirir – bu barədə “Milli Hərəkat”ın sədri Tina Bokuçava sosial şəbəkədə yazır.
Bokuçava bildirib ki, bu gün heç vaxt olmadığı qədər birlik, konsolidasiya və eyni zamanda, iş görmək və yenilənmə vaxtıdır.
“Milli Hərəkat”ın niyə davamlı olaraq İvanişvilinin hədəfinə çevrilməsi tamamilə başa düşüləndir, çünki məhz bizim partiyamız, məhz Mixeil Saakaşvili və “Milli Hərəkat”ın bütün sıravi üzvləri və tərəfdarları İvanişvilinin rus rejiminə qarşı müqavimətin əsas cəbhəsi və flaqmanıdır. Son qələbəyə qədər belə olacaq” – Bokuçava yazır.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün sosial şəbəkədə yazıb: “Dırnaqarası hakimiyyət “Milli Hərəkat”ın sədri Tina Bokuçavanı vəzifəsindən uzaqlaşdırmağı çox istəyir, partiyanın bütün üzvlərini “Gürcü Arzusu”nun maxinasiyalarına uymamağa çağırıram”.