Tina Bokuçava - Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin hesabatında heç bir yerdə müxalifətə yönəlik özünüidarəetmə seçkilərinə qatılmaq çağırışı yoxdur, yeganə çağırış birlikdir
Tina Bokuçava - Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin hesabatında heç bir yerdə müxalifətə yönəlik özünüidarəetmə seçkilərinə qatılmaq çağırışı yoxdur, yeganə çağırış birlikdir

 

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin hesabatında heç bir yerdə müxalifətə yönəlik yerli özünüidarəetmə seçkilərinə qatılmaq çağırışı yoxdur. Müxalifətə yönəlik yeganə çağırış birlikdir – bu barədə “Milli Hərəkat”ın sədri Tina Bokuçava sosial şəbəkədə yazır.

Bokuçavanın qeyd etdiyi kimi, bu hesabatda Avropa Parlamenti yeni, azad parlament seçkiləri və bu seçkilərin təyin olunmasına qədər sanksiya siyasətinin sərtləşdirilməsini tələb edir.

“Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) hesabatında yerli özünüidarəetmə seçkiləri ilə bağlı :

Heç bir yerdə, təkrar edirəm, hesabatda heç bir yerdə müxalifətə yönəlik yerli özünüidarəetmə seçkilərinə qatılmaq çağırışı yoxdur;

Müxalifətə yönəlik yeganə çağırış birlikdir;

Müxalifətin birliyinə nümunə kimi, avropalı parlamentarilər eyni abzasda və eyni cümlədə dinc etirazı çəkirlər;

Buna görə də, əgər kimsə yenə də sətirlər arasında mesaj oxumaq istəyirsə, onu belə oxumalıdır: əməkdaşlığa yox, etirazlara yönəlik çağırış;

Eyni hesabatda Avropa Parlamenti yeni, azad parlament seçkiləri və bu seçkilərin təyin olunmasına qədər sanksiya siyasətinin sərtləşdirilməsini tələb edir;

Yəni bu hesabatda da həll yolu parlament seçkiləridir;

Ümid edirəm ki, müxalifətin bir hissəsi “Gürcü Arzusu” narrativini əkməyə başlamayacaq, sanki Avropa Parlamenti müxalifəti bələdiyyə seçkilərinə qatılmağa çağırır və heç kim “Gürcü Arzusu” təbliğatının alətinə çevrilməyəcək” – Tina Bokuçava yazır.

Avropa Parlamenti Gürcüstanla bağlı illik hesabat barədə press-reliz dərc edib. Press-relizə əsasən, “Gürcü Arzusu”nu demokratik islahatlar və Avro-Atlantik inteqrasiya kursuna qayıtmağa çağırmaqla yanaşı, avropalı parlamentarilər gürcü xalqı və onların legitim Avropayönümlü istəkləri ilə həmrəy olduqlarını bir daha təsdiqləyirlər. Avropalı parlamentarilər həmçinin qeyd edirlər ki, “2025-ci ilin yerli özünüidarəetmə seçkiləri Gürcüstan demokratiyasının və siyasi plüralizmin dayanıqlılığının növbəti sınağı olacaq. Nəticə etibarilə, avropalı parlamentarilər ölkə müxalifətinə çağırış edirlər ki, oktyabr seçkilərindən sonra dinc etiraz aksiyaları ilə artıq nümayiş etdirildiyi kimi, gürcü xalqının demokratiya və qanunun aliliyinə dəstəkdə birliyini əks etdirmək üçün bu imkandan istifadə etsinlər.