"Times of Israel" - İran Küveytdə ABŞ bazasına ən azı iki raket atıb
Küveytdə ABŞ bazasına ən azı iki raket atılıb. Bu haqda “Times of Israel” “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na istinadən yazır.
Onların məlumatına əsasən, hücum Küveytin cənubunda Arifcanda yerləşən Amerika bazasına edilib.
Küveyt hakimiyyətinin bu məlumatla əlaqədar hələ şərh vermədiyi haqda məlumat yayılıb.