"Times of Israel" - İran İsrail istiqamətində gecə ərzində eyni anda bir neçə raketi üç dəfə buraxıb
İran İsrail istiqamətində gecə ərzində eyni anda bir neçə raketi üç dəfə buraxıb. Bu haqda məlumatı “Times of Israel” İsrailin Müdafiə Qüvvələrinə istinadən yayır.
Medianın məlumatına əsasən, hücum nəticəsində Təl-Əviv, mərkəzi İsrail və Qərb sahilinin şimal hissəsində hava hücumu siqnalı işə düşüb.
Raketlərin bir hissəsinin dəf edildiyi, bir hissəsinin isə açıq əraziyə düşməsi haqda məlumat yayılıb.