Times of Israel - ABŞ prezidenti Dohada “Həmas” rəhbərliyinə hücuma yaşıl işıq yandırdı
Times of Israel - ABŞ prezidenti Dohada “Həmas” rəhbərliyinə hücuma yaşıl işıq yandırdı

ABŞ prezidenti Qətərin paytaxtı Dohada “Həmas” rəhbərliyinə hücuma yaşıl işıq yandırıb, – bu barədə Times of Israel İsrail rəsmisinə istinadən yazır.

Eyni zamanda, Qətər İsrailin hücumunu pisləyir və bu addımı beynəlxalq hüququn açıq-aşkar pozuntusu və “qorxaqlıq” kimi qiymətləndirir.

Dohada bildirirlər ki, hücumla bağlı istintaq aparılır.

İsrail Qətərdə “Həmas” rəhbərliyinə zərbə endirib. Hədəf Dohada yerləşən “Həmas” rəhbərliyinin qərargahı olub. İsrail ordusunda qeyd edirlər ki, “Həmas”a qarşı dəqiq zərbə endirilib.

Xatırladaq ki, Qətərin paytaxtı Doha tərəflər arasında danışıqların məkanı olub.