"Times" - Müctəba Xamenei ağır vəziyyətdədir və Qum şəhərində müalicə alır
"Times" - Müctəba Xamenei ağır vəziyyətdədir və Qum şəhərində müalicə alır

 

İranın yeni ali lideri Müctəba Xamenei ağır vəziyyətdədir və Qum şəhərində müalicə alır – bu haqda “The Times” nəşri yazır.

Nəşrin ABŞ-İsrail kəşfiyyat məlumatlarına əsaslanan sənədə istinadən xəbər verdiyi kimi, Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin huşu üstündə deyil və ağır vəziyyətdədir və rejim tərəfindən hər hansı bir qərarın qəbul edilməsində iştirak edə bilmir.

“Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə alır və rejim tərəfindən hər hansı bir qərarın qəbul edilməsində iştirak edə bilmir” – sənəddə deyilir.