"Times" - İranda etiraz nümayişləri zamanı ən azı 16 500 nəfər həlak olub və 330 min nəfər yaralanıb
İranda etiraz nümayişləri zamanı ən azı 16 500 nəfər həlak olub və 330 min nəfər yaralanıb – bu haqda məlumatı “Times” yayır.
Yayılmış məlumata əsasən, nəşr məlumatı İran xəstəxanalarında çalışan tibb işçilərindən əldə edib, onlar məlumatları ölkəyə gizli şəkildə daxil edilmiş “Starlink” peyk rabitə terminallarından istifadə edərək ötürüblər.
“Times” yazır ki, səkkiz böyük oftalmologiya xəstəxanası və 16 təcili yardım şöbəsinin statistikasına əsaslanan hesabata əsasən, həlak olanların sayı 16 500 ilə 18 000 arasında dəyişir.
Nəşr iddia edir ki, “Times” həmçinin İrandan qaçmağı bacaran bir neçə nəfərlə əlaqə saxlayıb.
Məşhəddən olan bir nəfər “cümə günü hamıya atəş açırdılar” deyib.
Nəşrə əsasən, fəallar İrana təxminən 50 000-60 000 “Starlink” terminalı daxil etməyi bacarıblar, lakin təhlükəsizlik qüvvələri peyk antenalarını müəyyən etmək üçün reydlər keçirdiyindən, onların istifadəsi ölümcül risklə əlaqəlidir.
İran hakimiyyətinin rəsmi məlumatlarına əsasən, etiraz nümayişləri zamanı ölkədə 5000 nəfər həlak olub, o cümlədən təhlükəsizlik qüvvələrinin 500 əməkdaşı.