“Times” – Böyük Britaniya yeni münaqişənin qarşısını almaq üçün Ukrayna ilə ABŞ-la danışıqlardan əvvəl məsləhətləşmə aparır

12:55, 10.03.2025

 
Böyük Britaniya yeni münaqişənin qarşısını almaq üçün Ukrayna ilə ABŞ-la danışıqlardan əvvəl məsləhətləşmə aparır – bu haqda “Times” yazır.

Nəşrin qeyd etdiyi kimi, Böyük Britaniyanın baş naziri Kir Starmerin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauel Ukrayna nümayəndələri çərşənbə axşamı ABŞ-la danışıqlarda iştirak etməzdən əvvəl Zelenskiyə məsləhət vermək üçün həftə sonu Ukraynada olub.

Nəşr yazır ki, britaniyalılar Donald Trampla Oval kabinetdə baş vermiş münaqişənin təkrarlanmasının qarşısını almağa çalışırlar. Bununla yanaşı, nəşrdə qeyd olunub ki, Kir Starmer Trampı Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa etməyə inandırmağa çalışır.

Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında planlaşdırılan danışıqlarda Prezident Ofisinin rəhbəri Andrei Ermak, xarici işlər naziri Andrei Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edəcək.

Oxşar