“TikTok” və ABŞ Ədliyyə Nazirliyi arasında uşaqların şəxsi məlumatlarının qanunsuz toplanması ilə bağlı iş üzrə razılaşma əldə olunub. Razılaşmaya əsasən, “TikTok” cərimə ödəyəcək və bununla da məhkəmə prosesi başa çatacaq

10:19, 22.08.2026

“TikTok” və ABŞ Ədliyyə Nazirliyi uşaqların şəxsi məlumatlarının qanunsuz toplanması ilə bağlı ittiham üzrə razılığa gəliblər.
Razılaşmaya əsasən, “TikTok” 400 milyon dollar məbləğində cərimə ödəyəcək və bunun müqabilində məhkəmə işi tamamilə başa çatdırılacaq.
Ədliyyə Nazirliyi 2024-cü ildə “TikTok” və onun sahibi olan “ByteDance” şirkətini məhkəməyə verərək, tətbiqin 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarını valideynlərinin razılığı olmadan qanunsuz şəkildə topladığını iddia etmişdi. Bu isə uşaqların onlayn məxfiliyinin qorunması haqqında qanunun pozulması hesab olunur.
Məhkəməyə təqdim olunan sənədə əsasən, iddia işi yekun olaraq bağlanır. Bu isə o deməkdir ki, hökumət eyni ittihamlarla bağlı “TikTok”a qarşı yenidən məhkəmə iddiası qaldıra bilməyəcək.

Oxşar