Tieri Mariani - Avropalılar xalqların seçimini tanımırlar, Gürcüstan artan üsyanların meydanına çevrilib, bundan qanuni hökumətə qarşı xaricdən idarə edilən sabitliyi pozma əməliyyatının qoxusu gəlir
Avropalılar xalqların seçimini tanımırlar, Gürcüstan tədricən artan üsyanların meydanına çevrilib, bundan qanuni hökumətə qarşı xaricdən idarə edilən sabitliyi pozma əməliyyatının qoxusu gəlir – bu haqda avropalı parlamentari Tieri Mariani bildirib.
Avropalı parlamentari Gürcüstan və onun təsisatlarının möhkəm dayandığını, seçkilərdə uduzanların zorakılığının öhdəsindən gəldiyini bildirib.
“Tbilisi küçələrində gecə nümayişləri bundan xəbər verir, sizin həvəsləndirdiyiniz müxalifət öz tərəfdarlarını gürcü dövlətinə qarşı yönəldir, bununla da onların iğtişaşlar törətmək istədikləri və Maydan modeli kimi təxribatları çoxaltdıqları şübhə doğurmur. Buna baxmayaraq, Gürcüstan və onun təsisatları möhkəm dayanır, indi sizin dəstəyinizlə güc tətbiq etməyə çalışan seçkilərdə uduzanların zorakılığının öhdəsindən gəlir. Mərkəzi Seçki Komissiyası “Gürcü Arzusu”nun qələbəsini tanıyıb və prezident Ğavelaşvili qanuna uyğun olaraq seçilib. İnsanlar artıq nə Gürcüstanda, nə də Rumıniyada suverenliyinin əlindən alınmasını istəmirlər. Avropa İttifaqı rifahın və demokratiyanın qarantı olmaq istəyir, lakin Gürcüstanda dövlət çevrilişini təşviq edir, bu da bu ölkəni xaosa sürükləyə bilər” – Tieri Mariani Gürcüstan məsələsi ilə bağlı debatların keçirildiyi Avropa Parlamentində deyib.