Tibetdə zəlzələ nəticəsində həlak olanların sayı 53-ə yüksəlib, 62 nəfər yaralanıb
Tibetdə zəlzələ nəticəsində həlak olanların sayı 53-ə yüksəlib, 62 nəfər yaralanıb. Yeraltı təkanların magnitudası 6,8 bal səviyyəsində olub.
Həmçinin, yeraltı təkanlar qonşu Nepal, Butan və Hindistanda hiss olunub. Çin hakimiyyətinin məlumatına əsasən, zəlzələ yerli vaxtla səhər saat 09:05-də baş verib. Zəlzələnin episentri Everest dağından təxminən 80 kilometr şimalda yerləşən Tinqri rayonunda olub.
Çinin Prezidenti Si Cinpin bildirib ki, itkilərin sayını azaltmaq və zərərçəkənlərə müvafiq yardım göstərmək üçün hərtərəfli axtarış-xilasetmə işləri aparılmalıdır.