The Wall Street Journal yazır ki, ABŞ prezidenti Donald Trump İranı nüvə sazişi ilə bağlı tələblərini qəbul etməyə məcbur etmək üçün bu ölkəyə qarşı məhdud hərbi zərbə variantını nəzərdən keçirir.
ABŞ prezidenti Donald Trump İranı nüvə sazişi ilə bağlı tələblərini qəbul etməyə məcbur etmək üçün bu ölkəyə qarşı məhdud hərbi zərbə variantını nəzərdən keçirir. Bu barədə The Wall Street Journal yazır.
Məqalədə qeyd olunur ki, bu addım razılaşmaya nail olmaq üçün Tehrana təzyiqin ilk mərhələsi kimi qiymətləndirilir. Lakin söhbət tammiqyaslı hücumdan getmir; belə bir addım kəskin cavab zərbələrinə səbəb ola bilər.
Anonim mənbənin bildirdiyinə görə, Tramp yekun qərar verərsə, ilk zərbələr bir neçə gün ərzində endirilə bilər və hücum bir neçə hərbi və ya hökumət obyektini hədəf ala bilər. İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edərsə, ABŞ rejim obyektlərinə qarşı daha genişmiqyaslı hücumlara keçə bilər ki, bu da Tehrandakı hakimiyyətin devrilməsinə yönələ bilər.
Qəzetin digər mənbəsinin sözlərinə görə, Tramp hücumları mərhələli şəkildə gücləndirə bilər — əvvəlcə məhdud zərbələrlə başlayaraq, İran ya nüvə proqramını dayandırana, ya da rejim devrilənədək daha genişmiqyaslı əməliyyatlara keçə bilər.