“The Wall Street Journal”: İsrail ABŞ-la kəşfiyyat məlumatı paylaşıb. Həmin məlumata görə, İran Donald Trampa qarşı yeni sui-qəsd planı hazırlayır

11:00, 10.07.2026

İsrail ABŞ-la kəşfiyyat məlumatı paylaşıb. Həmin məlumata görə, İran ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planı hazırlayır. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, məsələ ilə bağlı şərh vermək xahişinə Ağ Ev Donald Trampın çərşənbə günü verdiyi açıqlamaya istinad edib.

ABŞ Prezidenti Ankarada jurnalistlərə açıqlamasında bildirib ki, ona qarşı səsləndirilən təhdidlər realdır.

“Onlar ABŞ liderini, yəni məni öldürmək istəyirlər. Mən onların hədəf siyahısındayam. Bu səhər gördüm ki, bütün siyahılarda adım var. İndiyədək yəqin ki, sadəcə bəxtim gətirib. Amma bu, uzun müddət belə davam etməyə bilər”, – deyə Tramp bildirib.

“The Wall Street Journal” yazır ki, İran uzun illərdir 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun ən nüfuzlu generallarından biri olan Qasım Süleymaninin öldürülməsinə görə Donald Trampdan qisas alacağını açıq şəkildə bəyan edirdi. General Süleymani İraqda ABŞ-ın hava zərbəsi nəticəsində həlak olmuşdu.

Bununla yanaşı, yayılan məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasiminə toplaşan bəzi şəxslər Donald Trampa qarşı müxtəlif şüarlar səsləndiriblər. Mərasimdə üzərində “Trampı öldürəcəyik” sözləri yazılmış banner də nümayiş etdirilib.

Oxşar