The Times – Britaniya “Vaqneri” terror təşkilatları siyahısına artıracaq

10:21, 10.05.2023

Britaniya “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına artıracaq, – bu barədə məlumatı “The Times” yayır.

Nəşrin məlumatına görə, Britaniya hökumətindəki mənbə iki aylıq hüquqi hazırlıqdan sonra qrupun terrorçular siyahısına salınmasının qaçılmaz olduğunu təsdiqlədi və bu, bir neçə həftəyə baş verəcək.

“The Times” nəşrinin yazdığına görə, Britaniya tərəfinin qeyd olunan qərarı “Vaqner” qrupunun görüşlərində iştirak etməyi, ona dəstək verməyi və ya ictimai yerlərdə qrupun loqosunu taxmağı cinayət hesab edir, hansı da maliyyə sanksiyası və başqa cəzalandırma ilə nəticələnəcək.

Ötən həftə Avropa İttifaqı “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına artırdı. Avropa İttifaqının qərarına tezliklə İsveçrə də qoşuldu.

Oxşar